Əfsanəvi futbolçu Pele 75 yaşında 3-cü dəfə evləndi

Əfsanəvi futbolçu Pele 75 yaşında 3-cü dəfə evləndi

Braziliyalı məşhur futbolçu Pele  75  yaşında üçüncü dəfə ailə həyatı qurdu. 
 
Maide.Az beynəlxalq  KİV-lərə istinadən xəbər verir ki,  Pelenin ailə həyatı qurduğu xanımın 50  yaşı var.
 
Qeyd edək ki,  Braziliyalı məşhur futbolçu Pele bir müddət öncə  karyerası ərzində qazandığı medal və mükafat kolleksiyasını Londonda keçiriləcək hərracda satmağa hazırlaşdığını deməklə gündəmə gəlmişdi.
 
Satışlardan əldə olunan gəlirin ümumi həcminin 7 milyon dollardan artıq olacağı gözlənilir.
 
75 yaşlı futbolçu 60 illik karyerası ərzində topladığı mükafatların satışından əldə etdiyi gəlirin bir hissəsini xeyriyyəçiliyə, o cümlədən Braziliyadakı uşaq bağçalarına xərcləyəcəyini deyib.
 
 

 

Google+ WhatsApp ok.ru