Avropanın yeni kralı - PORTUQALİYA!  Portuqaliyanı çempion edən qol -VİDEO

Avropanın yeni kralı - PORTUQALİYA! Portuqaliyanı çempion edən qol -VİDEO

Fransada keçirilən “Avro-2016”nın qalibi məlum olub.
 
Qol.az-ın məlumatına görə, bununla da iyunun 10-da start götürən qitə birinciliyi sona çatıb.
 
Həlledici oyunda meydan sahibləri ilə Portuqaliya millisi üz-üzə gəlib. Bu mərhələyə qədər məğlub olmayan komandaların oyunu maraqla gözlənilirdi.
 
Görüşün əsas vaxtında qapılara qol vurulmayıb. Əlavə vaxtın 109-cu dəqiqəsində Ederin vurduğu qol Portuqaliyaya tarixində ilk dəfə Avropa çempionluğunu qazandırıb. 
 
 
 
10 iyul
 
Avropa çempionatı, final
 
23:00. Portuqaliya - Fransa - 1:0
Qol: Eder, 109 (1:0)
Baş hakim: Mark Klattenburq
Yan xətt hakimləri: Simon Bek, Ceyk Kollin
Əlavə köməkçi-hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Sent-Denis. "Stad de France"
 

Google+ WhatsApp ok.ru