‘ƏRBƏİN uşaqları’ mövzusunda fotomüsabiqə keçiriləcək

‘ƏRBƏİN uşaqları’ mövzusunda fotomüsabiqə keçiriləcək

Bu il dünyanın ən böyük siyasi, sosial və məzhəbi hadisəsi olan ƏRBƏİN yürüşündə uşaqlar kameraların əsas sujeti olacaq. 
 
Maide.Az IQNA-a istinadla xəbər verir ki, bu təşəbbüslə İranın Uşaq və Gənclərin İntellektual İnkişaf Mərkəzi çıxış edib.
 
"ƏRBƏİN uşaqları" mövzusunda olan müsabiqədə iştirak edənlərin uşaqlar və yeniyetmələrdən hazırladıqları fotolar iki kateqoriyada qiymətləndiriləcək: 12 yaşdan 18 yaşadək və 18 yaşdan yuxarı iştirakçılar.
 
Yarış iştirakçıları ƏRBƏİN yürüşündə ən gözəl səhnələri öz kameraları ilə çəkib mərkəzin poçt adresinə göndərməlidirlər. Şəkillərin sayı 5, formatı "jpg", həcmi 1 mb və ölçüsü 8 meqapikseldən yuxarı olmalıdır.   
 
İştirakçılar fotolarına İngilis dili (latın) əlifbası ilə ad yazmalı, öz kimliklərini "word" faylında qeyd edərək, faylı və fotoları CD-də Noyabr ayının 10-dək Tehranın "Kanun Fotorqraflar Birliyi"nə (Fatimi xiyabanı, Hicab xiyabanı, Bədii və Ədəbi Yaradıcılıq İdarəsi) göndərməlidirlər.
 
Qeyd edək ki, ƏRBƏİN yürüşündə hazırlanmış fotoların sərgisi cari ilin dekabr ayında təşkil olunacaq. Qaliblərə müxtəlif hədiyyələr, o cümlədən Kərbəla və Məşhəd səfəri xərcləri veriləcək.   
 
ƏRBƏİN piyada yürüşü hər il milyonlarla insanın İmam Hüseyni (ə) ziyarət etmək və şəhadət məktəbini yaşatmaq hədəfi ilə həyata keçirilən möhtəşəm ayindir. Minlərlə insan yol uzunu yüzlərlə heyət və "mukəb" yaradaraq zəvvarlara xidmət göstərirlər.
 
Hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir. Bu il Ərbəin miladi təqvim ilə 19 oktybar tarixinə təsadüf edir.
 

Google+ WhatsApp ok.ru