Abbas Hüseynovun qardaşları səbəst buraxılıb - Yenilənib

Abbas Hüseynovun qardaşları səbəst buraxılıb - Yenilənib

ilk xəbər 10:21-də paylaşılıb
 
Onun hər üç qardaşı artıq evdədir
 
Nardaran hadisələrinə görə həbs edilən Abbas Hüseynovun ötən gün tutulmuş qardaşları sərbəst buraxılıblar.
 
Bu barədə vəkil Yalçın İmanov məlumat verib.
 
Vəkilin sözlərinə görə, A.Hüseynovun qardaşları - Hüseynağa, Məlik və Elçin Hüseynovlar indi evdədirlər.
 
Qeyd edək ki, A.Hüseynov 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində polis əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat zamanı həbs edilib. Onun cinayət işi üzrə məhkəməsinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. (report) /

Google+ WhatsApp ok.ru