Həbs edilən “NİDA” üzvünün şikayəti təmin edilməyib

Həbs edilən “NİDA” üzvünün şikayəti təmin edilməyib

 
“NİDA” Vətəndaş Hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanlının ev dustaqlığına buraxılması ilə bağlı verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
 
Vəkil Fariz Namazlının APA-ya verdiyi məlumata görə, şikayət təmin edilməyib.
 
Qeyd edək ki, Nərimanov rayon Məhkəməsinin qərarı ilə onun barəsində avqustun 13-də 4 aylıq həbs qətimkan tədbiri seçilib. Apellyasiya şikayəti həmin qərardan verilib.
 
E. Qəhrəmalıya Cinayət Məcəlləsinin 234. 4.3-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) üzrə cinayət işi açılıb. /

Google+ WhatsApp ok.ru