Ağdam klubunun rəhbərliyi sözünə əməl etmədi

Avropa Liqasında uğurlu çıxış edərək qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ"ın futbolçularına vəd olunan mükafatlar hələ də verilməyib
 
Ağdam klubunun rəhbərliyi futbolçulara gözləməyi məsləhət görüb. 
 
Qeyd edək ki, Abdulbari Gözəl "Tvente" ilə Avropa Liqasının pley-off oyunundan sonra hər futbolçuya 20, məşqçilərə 30 min manat mükafat vəd edib. Bununla yanaşı, "Qarabağ" Çempionlar Liqasında "Valletta" ilə hər iki oyunda, "Zalsburq"la isə ev matçında qələbə qazanıb.
 
 Həmin matçlara görə vəd olunan mükafatlar da komanda üzvlərinə verilməyib. Bu isə futbolçuların narazılığına səbəb olub.

Google+ WhatsApp ok.ru