AFFA `Qarabağ`a rəhm etmədi

AFFA-nın İntizam Komitəsi növbəti iclasını keçirib.
 
Maide.az-ın AFFA-ya istinadla verdiyi məlumata görə, iclasda bir sıra klublar cəzalandırılıb. Belə ki, Topaz Premyer Liqasının IV turunun “Qarabağ” – “Bakı” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
 
Həmçinin “Qəbələ” – AZAL matçında AZAL klubunun 6 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. 
 
Oyunun 90+3-cü dəqiqəsində AZAL klubunun 6 №-li futbolçusu Eduardo Manuel idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
 
Topaz Premyer Liqasının IV turunun “Sumqayıt” – “Araz Naxçıvan” matçında isə “Araz Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. 
 
Oyunun 52-ci dəqiqəsində “Sumqayıt” klubunun 3 №-li futbolçusu Vurğun Hüseynov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub. 
 
Digər bir qərara əsasən, "Xəzər Lənkəran" klubu cərimə olunub. Klub “İnter” matçında 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün 1000 manat cərimə olunub.
 
29 avqust tarixində Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin III turunun “Qəbələ” – AZAL matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
 
Həmçinin XXIII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin IV turunun “Sumqayıt” – “Araz Naxçıvan” matçında isə “Sumqayıt” klubunun 5 , “Araz Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 manat cərimə olunub.
 
Oyunun 63-cü dəqiqəsində “Sumqayıt” klubunun 50 №-li futbolçusu Xaqan Məmmədli rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb və klub 1000 manat cərimə olunub.

Google+ WhatsApp ok.ru