Adil Qeybulla: `Dərman bazarındakı xaos inhisarla bağlıdır`

Son vaxtlar Azərbaycanda dərman bazarı ilə bağlı ciddi narazılıqlar hökm sürür. Belə ki, bəzi dərmanların tapılmaması, bəzilərinin isə həmin keyfiyyətdə olmaması və s. kimi məsələlər əhalini narahat etməyə başlayıb.
 
Belə bir durumda ölkə rəsmiləri Azərbaycanda dərman istehsalına başlanacağı ilə bağlı məlumat veriblər. Belə ki, baş nazirin müavini Əli Əhmədov deyib ki, yaxın zamanlarda Azərbaycanın dərman istehsalı müəssisələri olacaq: "Azərbaycanda dərman istehsalının təşkil edilməsi və müvafiq qurumların yaradılması, gündəmdə olan məsələlərdən biridir. Çünki buna ehtiyac var və bunu da həyata keçirəcəyik. Təbii ki, Azərbaycanın dərman sektoru yalnız xaricdən idxal olunan dərmanlar hesabına özünü təmin edə bilməz. Bu istiqamətdə işlər aparılır".
 
Professor Adil Qeybulla deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, yaxın gələcəkdə ölkədə müasir dərmanların, molekulyar biologiyanın, müasir texnolgiyanın nəaliyyətləri ilə dərman istehsalına başlanılması real görünən bir hadisə deyil: "Azərbaycanda dərman bazarındakı xaotik durum inhisarla bağlıdır. Nə qədər ki, ölkədə inhisar yığışdırılmayıb bu vəziyyət davam edəcək. Dərman bazarında davamlı rəqabətin təmin edilməsi, bazardakı prosesləri şəffaflaşdırlması, ölkə ərazisinə Ümümdünya Səhiyyə Təşkilatı tərəfindən qəbul edilmiş dərmanların idaxlının həyata keçirilməsi çox ciddi prosesdir.
 
Bu əslində dərman təhlükəsizliyi konsepsiyasıdır. Amma Azərbaycanda dərman istehsalı prosesi kifayət qədər çətin bir prosesdir. Əgər biz hansısa müştərək müəssisələr quraraq bu prosesi həyata keçirdə biləriksə bu real qəbul edilə bilər. Bir çox dərman peraparatlarının Azərbaycanda resursu, xammalı var. Dünyada Şərq və Qərb təbabətinin sintezi gedib. Məsələn, Almaniyada hazırlanan bir çox dərmanların şərq reseptləri əsasında hazırlandığının şahidi olarıq. Təbii ki, Azərbaycanda müəyyən addımlara başlamaq olar. Amma bunlar hansısa formal xarakter daşımamalıdır və normal nəticələrə söykənməlidir.

Google+ WhatsApp ok.ru