AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək.
 
Maide.Az-ın məlumatına görə, qurumun inzibati binasında keçiriləcək toplantı saat 10:30-da başlayacaq.
 
İclasın gündəliyi rəsmən açıqlanmır. Amma əsas müzakirələrin Azərbaycan Premyer Liqasının hazırkı durumu ilə bağlı aparılacağı gözlənilir. Növbəti mövsümdə iştirak üçün cəmi 8 komandanın lisenziya ala bilməsindən sonra yüksək liqaya yeni komandaların buraxılma məsələsi də gündəmdədir. 
 
Qeyd edək ki, iclas qapalı olacaq. /

Google+ WhatsApp ok.ru