`Dortmund` daha bir Türkiyəli futbolçunu sıralarına qatır

Türkiyə millisinin üzvü Əmrə Morun yeni klubu müəyyənləşib.
 
Maide.Az klubun saytına istinadən xəbər verir ki, Danimarkanın "Nordşelland" klubunda oyunçusu Əmrə Mor karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.
 
Bu gün futbolçu millinin heyyətini tərk edərək, Dortmund şəhərinə yollanaraq 5 illik müqavilə imzalayıb. 
 
18 yaşlı futbolçunun transferi əvvəllər 16 milyon dollar həcmində qiymətləndirilirdi. Lakin "Kicker" qəzeti bildirir ki, oyunçu "Sarı-qaralar"a 9.5-milyon avroya başa gəlib. /
 
 
 

Google+ WhatsApp ok.ru