AFFA komandalara ciddi xəbərdarlıq etdi

AFFA komandalara ciddi xəbərdarlıq etdi

AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiya nəticəsi şübhə doğuran oyunlarla əlaqədar araşdırmalarını davam etdirir.
 
Federasiyadan Maide.Az-a verilən məlumata görə Komissiyanın qərarına əsasən I divizion komandaları arasında bu gün keçiriləcək oyunlara nəzarəti daha da gücləndirmək məqsədilə hakimlər komandalara bu barədə də ciddi tapşırıqlar verəcək. Belə ki, oyundan əvvəl hakimlər məşqçilər və  futbolçularla görüşərək komissiyanın tapşırıqlarını onların nəzərinə çatdıracaq.
 
Komissiya tərəfindən bu istiqamətdə aparılan araşdırmaların nəticələri  AFFA-nın İcraiyyə Komitəsinə  təqdim olunacaq və  bu işdə əli olan komandalara, klub rəsmilərinə, məşqçilərə və futbolçulara qarşı ciddi sanksiyalar tətbiq olunacaq. /

Google+ WhatsApp ok.ru