`Forbes` yaşı 30-dək olan ən varlı idmançıların siyahısını açıqlayıb 18 Noyabr 2016 02:00 İdman İlk pillədə Lionel Messi yer alıb "Forbes" nəşri yaşı 30-dək olan ən varlı idmançıların siyahısını dərc edib. İlk pillədə İspaniya "Barselona"sının futbolçusu Lionel Messi yer alıb. Argentinalı hücumçunun illik gəliri 76,3 milyon avrodur. 2-3-cü yerləri hərəyə 52,4 milyon avro ilə 29 yaşlı serbiyalı tennisçi Novak Cokoviçlə ABŞ-ın 28 yaşlı basketbolçusu Kevin Dürant bölüşür. "10-luğ"a şimali irlandiyalı qolfçu Pol Makilroy (27 yaş, 39,8 milyon), ABŞ-ın "Sietl Sixoks" klubunun futbolçusu Rassell Uilson (27 yaş, 39,3 milyon), "Ferrari"nin almaniyalı pilotu Sebastyan Fettel (29 yaş, 38,4 milyon), ispaniyalı tennisçi Rafael Nadal və "Barselona"nın braziliyalı hücumçusu Neymar (30 və 24 yaş, hərəyə 35,1 milyon), "Real Madrid"in uelsli yarımmüdafiəçisi Qaret Beyl (27 yaş, 33,7 milyon), ABŞ-ın "Baffalo Bills" komandasının futbolçusu Marsell Dareus (26 yaş, 32,8 milyon) və "Nyu-York Niks" klubunun basketbolçusu Derrik Rouz (28 yaş, 31,8 milyon) da düşüb. (report) / Teqlər : #`Forbes` yaşı 30dək olan ən varlı idmançıların siyahısını açıqlayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Fənərbağça` - `Qalatasaray` derbisinin hakimləri açıqlanıb AFFA komandalara ciddi xəbərdarlıq etdi