Ali Məhkəmə sədrindən açıqlama

Ramiz Rzayev: `85 iş üzrə pozulma faktı müəyyən edilib`

Azərbaycan üzrə “2002-ci ildən 2014-cü ilin oktyabrın əvvəlinədək baxılan işlərdən cəmi 85-də İnsan Hüquqları və Əsas Azadlıqları üzrə Avropa Konvensiyasının pozulması müəyyən edilib.”
 
Bu barədə Ali Məhkəmənin sədri Ramiz Rzayev Ali Məhkəmənin təşkilatçılığı ilə Avropa İnsan Haqları Konvensiyasının tətbiqinə dair tədbirdə deyib.
 
Onun sözlərinə görə Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür, 2002-ci ildən Avropa İnsan Haqları Məhkəməsi Azərbaycandan ünvanlanan işlərə baxır. Elə ölkələr var ki, bir il ərzində 200, 300 işdə pozulma müəyyən olunur.
 
O bildirib ki, on iki il ərzində 85 iş üzrə Konvensiyanın pozulması faktı yüksək rəqəm deyil: "Azərbaycan bu iş üzərində çalışır, seminarlar keçirilir. Eyni zamanda pozuntu hallarına yol verilən işləri təhlil edirik. Ən çox pozuntu Konvensiyanın 6-cı maddəsinin - ədalətli məhkəmə araşdırması hüququnun pozulması ilə bağlıdır. Məhkəmə sonuncu instansiya olduğu üçün bütün icra qurumlarının yol verdiyi halların qarşısını gərək məhkəmə alsın. Nəticədə nöqsanı məhkəmə qərarında tuturlar. İkinci pozuntu Konvensiyanın Əlavə Protokolunun birinci maddəsi - mülkiyyət hüququ ilə bağlıdır. Əsasən pozuntu bu iki halla bağlıdır.”

Google+ WhatsApp ok.ru