İntiqam Əliyevin səhhəti pisləşərək özündən gedib

Bu gün (24 oktyabr 2014-cü il tarixdə) İntiqam Əliyevin həbsdə saxlanılma müddətlərinin uzadılmasına dair istintaq orqanının vəsatət-təqdimatına, eyni zamanda müdafiə tərəfinin İntiqam Əliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı və ya girov qismində qətimkan tədbiri ilə əvəz edilməsinə dair vəsatətinə Nəsimi rayon Məhkəməsində baxılmışdır. AzadXeber.net-in verdiyi məlumata görə, bu barədə İntiqam Əliyevin vəkili Cavad Cavadov məlumat verib. 
 
İ. Əliyevin səhhətinin qəfildən (əslində isə səhhətində olan mövcud problemlərin, xüsusilə 2012-ci ildə aldığı kəllə-beyin travmasının qanunauyğun nəticəsi olaraq) korlandığını söyləyən vəkil, “belə ki, sağ ayağı tutulmuş, özündən getmə həddinə çatmışdır. Buna səbəb onun hava çatışmazlığı, pis vəziyyətdə olan 8-9 nəfərdən ibarət konvoy maşınında məhkəməyə gətirilməsi olmuşdur”, - deyə bildirib. 
 
“Faktiki olaraq İ.Əliyevin hava çatışmazlığı olan şəraitdə saxlanılması və məhkəməyə belə avtomaşınla gətirilməsi onun baş-beyin nahiyyəsində olan problemlərinin kəskinləşməsinə səbəb olub (səbəb olmağa davam edəcəkdir). Vəziyyət kritik olduğuna görə tərəfimdən İ.Əliyevlə səhhətinin vəziyyəti ilə bağlı məhhkəmə-tibbi ekspertizası təyin edilməsi barədə vəsatət verilmişdir. Lakin məhkəmə həmin vəsatəti baxılmamış saxlayaraq, müvafiq olaraq istintaq orqanına (AR Baş Prokurorluğu Ağır Cinayətlərə dair İşlər üzrə istitnaq İdarəsinə) göndərmişdir.”
 
Vəkil Cavad Cavadov onu da bildirib ki, məhkəmə istintaq orqanın İ. Əliyevlə bağlı həbs müddətinin uzadılması barədə vəsatətini təmin edərək, onun barəsində həbs qətimkan tədbirini 08 fevral 2015-ci il tarixə qədər uzatmışdır: 
 
“Məhkəmə tərəfimizdən verilmiş İ.Əliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı və ya girov qismində qətimkan tədbiri ilə əvəz edilməsinə dair vəsatəti isə təmin etməmişdir. Apellyasiya şikayətlərə veriləcək. Eyni zamanda İntiqam Əliyevlə (səhhəti ilə bağlı) bağlı tərəfimizdən Bakı İstintaq Təcridxanasının rəhbərliyinə dərhal müvafiq qanuni müraciətlər ediləcək və vəsatətlər veriləcək.”

Google+ WhatsApp ok.ru