Ali Məhkəmənin hakimi vəkil Elçin Sadıqovdan şikayət edib 01 Aprel 2016 01:00 Hüquq Ali Məhkəmənin hakimi Fərhad Kərimov vəkil Elçin Sadıqovdan Vəkillər Kollegiyasına şikayət edib. Bu barədə "Report"a vəkilin özü məlumat verib. Vəkilin sözlərinə görə, bu gün intizam icraatına Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətində baxılacaq. Qeyd edək ki, E.Sadıqov jurnalist Pərviz Həşimlinin hüquqlarını müdafiə edib. P.Həşimli martın 18-də Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamla azadlığa buraxılıb. Teqlər : #Ali Məhkəmənin hakimi vəkil Elçin Sadıqovdan şikayət edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Məmməd İbrahimin barəsində hökmdən apellyasiya şikayəti verilib Bakıda vəzifə saxtakarlığına görə axtarışa verilmiş şəxs saxlanılıb