Məmməd İbrahimin barəsində hökmdən apellyasiya şikayəti verilib

AXCP sədrinin müşaviri Məmməd İbrahimin vəkili Yalçın İmanov martln 31-də müdafiə etdiyi şəxsin barəsində hökmlə bağlı apellyasiya şikayəti verib. Bu barədə Turan-a Y.İmanov özü məlumat verib. Onun sözlərinə görə, müdafiə tərəfi hökmün ləğv edilməsini və M.İbrahimə bəraət verilməsini istəyir.
 
Qeyd edək ki, birinci instansiya məhkəmədə  proses zamanı ittiham tərəfinin şahidləri M.İbrahimin günahsız olmadığını, istintaqın zərərçəkən kimi tanıdığı şəxslərə qarşı güc tətbiq etmədiyini bildiriblər.
 
M.İbrahim ittihamı rədd edərək bildirib ki, o, müxalifətçi siyasi fəaliyyətinə görə təqib olunur. Bununla belə, martın 15-də Nərimanov Rayon Məhkəməsi  M.İbrahimi təqsirli bilərək 3 il müddətinə azadlıqdan məhrum edib. Hüquq-müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıblar.
 
*Məmməd İbrahim ötən il sentyabrın 30-da xuliqanlıq ittihamı ilə (CM-in 221.1-ci maddəsi) həbs olunub. Şikayəti AXCP-nin keçmiş üzvü Mikayıl Quliyev verib. Sonradan bu maddə daha ağır maddəyə — 221.2.2-yə tövsif edilib.

Google+ WhatsApp ok.ru