Ann Brasser Azərbaycanda repressiyalara son qoymağa çağırıb

Avropa Şurası Parlament Assambleyasının prezidenti Ann Brasser Xədicə İsmayıl barədə çıxarılan 7,5 il həbs hökmündən təəssüflənib.
 
"Bugünki hökm məni çox təəssüfləndirdi. Bu hökm Azərbaycan məhkəmə sistemində ciddi və sistemli problemlərin olduğunu göstərir", -  deyə AŞPA prezidenti bildirib. 
 
Anne Brasseur Azərbaycan hakimiyyətini vətəndaş cəmiyyətinə, insan haqları müdafiəçilərinə və müstəqil jurnalistlərə qarşı sərt basqıları dayandırmağa çağırıb.
 
O, həmçinin qeyd edib ki, ABŞ-da "Parlament Spikerlərinin IV Dünya Konsransı"nda (sentyabrın 2-də) bu məsələni Oqtay Əsədovla müzakirə edəcək.

Google+ WhatsApp ok.ru