Leyla və Arif Yunuslara çıxarılan hökmdən apellyasiya şikayəti verilib 03 Sentyabr 2015 01:00 Hüquq Sülh və Demokratiya İnstitutunun (SDİ) həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun barəsində olan hökmdən apellyasiya şikayəti verilib. Leyla Yunusun vəkili Elçin Qəmbərovun APA-ya verdiyi məlumata görə, şikayət məhkəməyə təqdim olunub. Arif Yunusun vəkili Əfqan Məmmədov da apellyasiya şikayəti verdiklərini bildirib. O, Arif Yunusla görüşdüyünü və onun vəziyyətinin normal olduğunu deyib: “Saxlanma şəraitindən hər hansı şikayəti yoxdur”. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə həmçinin onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq, dövlətin hesabına köçürülməsi öz əksini tapıb. Teqlər : #Leyla və Arif Yunuslara çıxarılan hökmdən apellyasiya şikayəti verilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ATƏT PA İnsan Hüquqları Komitəsinin rəhbəri Xədicə İsmayılovanın azad edilməsinə çağırıb Ann Brasser Azərbaycanda repressiyalara son qoymağa çağırıb