Arif Yunus: “Mən susmayacam” (VİDEO)

Ölkədən çıxmamaq barədə iltizamla həbsdən azad edilən Arif Yunus bildirib ki, həyat yoldaşı Leyla Yunusun azadlığa çıxması üçün mübarizəni davam etdirəcək.
 
“Mən susmayacam, Leyla azadlığa çıxana qədər mübarizə aparacam”, - A.Yunus həbsdən buraxıldıqdan sonra jurnalistlərə bildirib.
 
A.Yunus deyib ki, həyat yoldaşı təzyiq və işgəncələrə məruz qalır, buna görə də o, aclıq elan edib.
 
“Hətta Leylanı indi azad etsələr də onun səhhəti o qədər pozulub ki, bərpa üçün ən azı üç il lazımdır”, - A.Yunus vurğulayıb.

Google+ WhatsApp ok.ru