Arif Yunusun həbs müddəti 5 ay uzadıldı

Bu gün Nəsimi Rayon Məhkəməsi dövlətə xəyanətdə ittiham olunan konfliktoloq Arif Yunusun həbs müddətini daha beş ay - 2015-ci il, avqustun 5-dək uzadıb.
 
Bu barədə "Amerikanın səsi"nə vəkil Əfqan Məmmədov bildirib. Müdafiə tərəfi apelyasiya şikayəti vermək niyyətindədir.
 
Vəkil həmçinin qeyd edib ki, A.Yunus ifadə verməkdən imtina edir.
 
A.Yunus 2014-cü il, avqustun 5-də, hüquq müdafiəçisi, həyat yoldaşı Leyla Yunusun həbsindən bir qədər sonra həbs olunub. Onlar Ermənistanın xeyrinə casusluqda ittiham olunurlar.

Google+ WhatsApp ok.ru