Aslan İsmayılov: “Hələ ki, gec deyil – AYILIN”

Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında növbəti alkopanla üzlənən binada yanğın baş verib. Məlumatlara görə 10 nəfər bina sakini hələk olub. Yanğının söndürülməsi üçün helikopterdən istifadə olunur. Hadisə yerinə Baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov və müavini Oruc Zalov da gəlib. Hadisə ilə bağlı bir çox ekspertlər, ictimai fəallar fikirlərini bölüşürlər.
 
Vəkil Aslan İsmayılov facebook səhifəsində fikirlərini bölüşərkən bildirib ki, kimlərinsə cinayətlərinin əziyyətini kasıb əhali çəkir: “Hələ ki, bizə başçılıq edənlərin nəfsinə, cinayət əməllərinə görə kasıb əhalinin evləri, mal mülkləri yanır. Bir gün bu kasıb əhali ayağa qalxanda həmin qudurmuş, pula hər şeyi satan, insanlıqdan, əxlaqdan, vicdandan uzaq olan hakimiyyət təmsilçilərinin ayaqlarının altında torpaq, üstündə isə özləri və yaxınları yanacaq. Çox heyif ki, bu yanğında biz də ziyan çəkəcəyik.
P.S. Hələ ki, gec deyil – AYILIN”
 

Google+ WhatsApp ok.ru