Ölkəni dövlət kimi idarə etmək fikriniz varmı?

Rəsmi məlumat yayıldı ki, yanğına səbəb olan (əslində yanğının sürətlə yayılmasına) "bina üzlüyü" istehsal edən zavodun sahibi həbs edilib. Niyə? Niyə istehsalçı həbs olunmalıdır?
 
İstehsalçı o vaxt məsuliyyət daşıya bilər ki, satdığı malın xüsusiyyətləri, keyfiyyəti barədə yalan məlumat versin, mal saxta olsun və s.
 
Bəs o mala sertifikat verənlər, müxtəlif nəzarət orqanları, tikintiyə nəzarət edənlər, istismara qəbul komissiyaları? Bu keyfiyyətsiz və təhlükəli materialları gömrükdən buraxanları, rüşvət alaraq belə faciələrə yol açdıqları üçün, onlar bəs nə vaxt cəzalandırılacaqlar?
 
Bax budur monopoliyanın axırı, faciəli nəticələri. İqtisadi azadlıqlar təmin edilsəydi, millətin seçim imkanı olardı. indi heç kim təminat verə bilməz ki, bütün Bakı bir gecənin içində od tutub yanmayacaq.
 
Artıq, məlumatlar yayılır ki, vətəndaşlar müstəqil olaraq öz binalarının üzlüklərini sökməyə, özlərini mümkün yanğınlardan sığortalamağa başlayıblar.
 
Ümumiyyətlə, sizin bu dövləti cinayətkar sindikat yox, dövlət kimi idarə etmək fikriniz varmı?
 
Yanaraq kül olan, tüstüdən zəhərlənib əzabla ölən o körpələrin yerinə sizin övladlarınız olsaydı necə olardı, nə edərdiniz? Bunu törədənləri, bundan pul qazananları od verib nəslini, yurd-yuvasını yandırmazdınızmı?
 
Qurban Məmmədov

Google+ WhatsApp ok.ru