Avropa çempionatında daha bir ölüm

Avropa çempionatında daha bir ölüm

Avropa çempionatının ikinci turu çərçivəsində Ukrayna ilə Şimali İrlandiya milli futbol komandalarının oyunu zamanı azarkeş ürək tutmasından dünyasını dəyişib. Modern.az xarici mediaya istinadən bildirir ki, hansı ölkənin vətəndaşı olduğu hələ müəyyənləşdirilməyən həmin şəxs Şimali İrlandiyanın pərəştişkarı olub.
 
Həkimlər onun həyatını xilas etməyə çalışsalar da, bu mümkün olmayıb. 64 yaşlı azarkeş Avropa çempionatı zamanı Şimali İrlandiyanın fanatı kimi ölən ikinci şəxsdir. Bundan əvvəl şimali irlandiyalı bir fanat Fransanın Nitse şəhərində hündürlükdən yıxılaraq həyatını itirib.
 
Şimali İrlandiya iyunun 16-da Ukrayna ilə baş tutan oyunda 2:0 hesabı ilə qalib gəlib.
 

Google+ WhatsApp ok.ru