Avropa Liqasının bütün yarımfinalçıları məlumdur

Aprelin 14-də Avropa Liqasında 1/4 finalın cavab oyunları keçirilib.
 
Trend-in məlumatına görə, baş tutan dörd qarşılaşmadan sonra bütün yarımfinalçılar bəlli olub.
 
Ən maraqla gözlənilən oyun Liverpulda keçirilib. Şəhərin eyniadlı komandası Dortmund "Borussiya"sını qəbul edib. Almaniyada keçirilən ilk oyunda 1:1 hesablı bərabərliyin qeydə alınması cavab matçına marağı bir qədər də artırırdı. Matçda 1:3 hesabı ilə geri düşən "Liverpul" 3 qol vurmaqla görüşdən qalib ayrılıb - 4:3. Bu hesab İngiltərə komandasını yarımfinala yüksəldib.
 
Digər oyunlarda ispan komandaları "Sevilya" və "Atletik" aralarında keçirilib. Öz meydanında rəqibinə 1:2 hesabı ilə uduzan Bilbao təmsilçisi səfərdə həmin məğlubiyyətin əvəzini çıxıb. Hər iki görüşdə 1:2 hesabı qeydə alındığından əlavə vaxta ehtiyac duyulub ki, burada da qapılara qol vurulmayıb. Penaltilər seriyasında daha dəqiq oynayan "Sevilya" yarımfinala yüksəlib - 5:4.
 
"Sparta" (Praqa) evdə "Vilyareal"a 2:4 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. "Şaxtyor" isə evdə "Braqa"ya 4:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
 
Beləliklə, "Şaxtyor" (Ukrayna), "Sevilya" (İspaniya), "Liverpul" (İngiltərə) və "Vilyareal" (İspaniya) klubları Avropa Liqasının yarımfinal mərhələsində yüksəliblər.

Google+ WhatsApp ok.ru