Çempionlar Liqasında yarımfinal cütlükləri müəyyənləşdi

 
Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılıb.
 
Maide.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə yarımfinal cütlükləri müəyyənləşib. 
 
"Mançester Siti" Madrid "Real"ına, "Atletiko" (Madrid) isə "Bavariya"ya rəqib olub. Final matçında "Mançester Siti" - "Real" cütünün qalibi nominal meydan sahibi olacaq. 
 
Qeyd edək ki, Çempionlar Liqasında yarımfinal mərhələsinin oyunları 26/27 aprel - 3/4 may tarixlərində keçiriləcək. 
 
Final isə mayın 28-də Milanda olacaq.
 
 
 
Çempionlar Liqasında yarımfinalın cütlükləri:
 
"Mançester Siti" (İngiltərə) - "Real" (Madrid, İspaniya)
 
"Atletiko" (Madrid, İspaniya) - "Bavariya" (Almaniya)

Google+ WhatsApp ok.ru