Avropanın ən yaxşı futbolçusu məlum oldu

Portuqaliya millisinin və "Real"ın futbolçusu Kriştiano Ronaldo ötən mövsümün ən yaxşısı seçilib. O, səsvermədə Aryen Robben (Hollandiya, "Bavariya") və Manuel Noyeri (Almaniya, "Bavariya") qabaqlayıb.
 
Qeyd edək ki, K.Ronaldo 2013/2014 mövsümündə "Real"la Çempionlar Liqasını və İspaniya kubokunu qazanıb.
 
Xatırladaq ki, 2012/2013 mövsümündə  Avropanın ən yaxşı futbolçusu Frank Riberi (Fransa, "Bavariya") seçilib.

Google+ WhatsApp ok.ru