Məmmədyarov irəlilədi, Rəcəbov mövqeyini itirdi

Beynəlxalq Şahmat Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Sentyabr üçün açıqlanan “Top-100”də Azərbaycan təmsilçiləri də yer alıb. Qrossmeysterlərimizdən ən yaxşı nəticəyə yenə Şəhriyar Məmmədyarov malikdi. Həmyerlimiz Olimpiadada uğurlu çıxışdan sonra 6 pillə irəliləyərək, 12-ci pilləyə yüksəlib. Məmmədyarovdan fərqli, Teymur Rəcəbov 33-cü pilləyə enib. O, 6 pillə geriləyib. Eltac Səfərli isə “Top-100”dəki yerini qaytarıb. Сədvələ Maqnus Karulsın başçılıq edir. Qadınların siyahısında isə ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçisi yer almayıb.

Google+ WhatsApp ok.ru