AXCP fəalı həbs edilib

AXCP fəalı həbs edilib

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Şəki rayon təşkilatının Gənclər Komitəsinin sədri Şamir Həsənov fevralın 8-də rayon məhkəməsinin qərarı ilə 23 sutka inizbati qaydada həbs edilib. Bu barədə Turan-a AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib.
 
Onun sözlərinə görə, Ş.Həsənov fevralın 7-də saxlanılan partiya təşkilatınn sədri İslam Həsənova yemək apararkən tutulub.
 
“Onu polisə müqavimətdə təqsirli biliblər. Bizə verilən xəbərlərə görə Ş.Həsənova polis şöbəsində işgəncə verilib, ona hansısa sənədə imza atdırıblar, fevralın 8-də isə məhkəmə önünə çıxarıblar”.
 
Fevralın 6-da AXCP Şəki təşkilatının sədri İslam Həsənov polis tərəfindən saxlanılıb. Onu yol polisi ilə mübahisə etdiyini görə saxlayıblar, fevların 7-də yerli məhkəmə 25 sutka inzibati həbs verib. 
 
Şəki rayon Polis Şöbəsinin növbətçi hissəsindən İ.Həsənovun polis tərəfindən saxlanılması barədə məlumatlarının olmadığını  bildiriblər.  (contact)
 

Google+ WhatsApp ok.ru