AXCP sədrinin müşavirinin məhkəmə istintaqı tamamlanıb

Bu gün Nərimanov rayon Məhkəməsində AXCP">AXCP sədrinin müşaviri Məmməd İbrahimin cinayət içi üzrə məhkəmə prosesi davam etdirilib. Vəkil Yalçın İmanovun APA-ya verdiyi məlumata görə, prosesdə məhkəmə istintaqının yekunlaşması barədə qərar qəbul edilib. Dövlət ittihamçısı çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib. Buna görə proses martın 14-dək təxirə salınıb.
 
Qeyd edək ki, M. İbrahim bir müddət əvvəl AXCP">AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə sentyabrın 30-da həbs olunub. O, Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsinə əsasən ittiham edilir.

Google+ WhatsApp ok.ru