Fuad Qəhrəmanlının şikayətləri təmin edilməyib 07 Mart 2016 02:00 Hüquq Bakı Apellyasiya Məhkəməsində həbsdə olan AXCP sədrinin müavini Fuad Qəhrəmanlının iki şikayətinə baxılıb. Məhkəmə onun şikayətlərini təmin etməyib. Qeyd edək ki, martın 2-də Nəsimi rayon Məhkəməsində F. Qəhrəmanlı barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanın verdiyi vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin edərək onun həbs müddətini 2 ay uzadıb. Həmin gün məhkəmədə F. Qəhrəmanlının barəsində seçilmiş həbs qətimkan tədbirinin girov müqabilində ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə də baxılıb. Nəsimi rayon Məhkəməsi vəsatəti təmin etməyib. Apellyasiya şikayətləri həmin qərarlardan verilib. F. Qəhrəmanlı ötən il dekabrın 8-də həbs edilib. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar) və 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur. Teqlər : #Fuad Qəhrəmanlının şikayətləri təmin edilməyib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru AXCP sədrinin müşavirinin məhkəmə istintaqı tamamlanıb İlqar Məmmədovun vəkili yanına buraxılmayıb