Ayətullah Xamenei İslam İnqilabının həndəsəsi haqqında

Ayətullah Xamenei Ali Milli Təhlükəsizlik Şurası Katibliyi üzvləri ilə görüşüb

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi hərbi komandan, kontr-admiral Əli Şəmxani, onun müavinləri və şuranın ekspertləri çərşənbə günü Ali Lider Ayətullah Seyyid Əli Xameneinin qəbulunda olub.
 
Maide.az xəbər verir ki, Ayətullah Xamenei müasir dünyada təhlükəsilik anlayışının mürəkkəbliklərindən danışıb, şuraya təlükəsizlik sahəsində əhatəli və hərtərəfli baxışı tövsiyə edib. 
 
Ayətullah Xamenei vurğulayıb ki, şüra düzgün qərar üçün münasib zəmin yaratmalı və bu onun bu işinə düzgün, inqilabi, hizbullahi təfəkkür hakim olmalıdır. "Təhlükəsizlik məsələsi cəmiyyətin ən əsaslı ehtiyaclarından biridir və buna görə də Quran-Kərimdə dəfələrlə bu məsələyə toxunulub. Hazırda təhlükəsizlik məsələsi sırf hərbi və təhlükəsizlik məsələsindən çıxıb və iqtisadi, məişət, mədəniyyət, siyasət, ictimaiyyət, psixoloji və əxlaqi cəhətləri də əhatə edir. "
 
Ayətullah Xamenei  Ali Milli Təhlükəsizlik Şurasının əsas vəzifəsini təhlükəsizlik məsələsinə hərtərəfli baxış və onun bütün cəhətlərini nəzərdə tutmaq adlandırıb və bildirib: "Ali Milli Təhlükəsizlik Şurasının katibliyi qərarın verilməsi üzrə önəmli vəzifəsini elə bir formada yerinə yetirməlidir ki, Ali Milli Təhlükəsizlik Şurasında qərarların çıxarılması təhlükəsizlik məsələsinə düzgün və çoxcəhətli baxış çərçivəsində olsun."
 
 Ayətullah Xamenei bildirib ki, İmam Xomeyninin (r) onlarla cild kitabda yer alan bəyanatları inqilabın əsasıdır. "İnqilabının qələbəsinin əvvəllərindən bəziləri inqilabi təfəkkürü qəbul etməyib, bəziləri quruluşun daxilində olduqları halda imperializmlə mübarizəyə inanmayıb. Bu cərəyanla mübarizə aparmaq lazımdır... Hazırda düşmənin yeni və mürəkkəb metodlardan, o cümlədən məcazi fəza, ideoloji və ictimai təsirlərdən istifadə etməsi bu mübarizəni daha da çətinləşdirib...
İmamın buyuruqlarına əsasən, xalq, məmləkətin istiqlalı, İslam prinsiplərinə bağlılıq, imperializmlə mübarizə, Fələstin məsələsi, əhalinin rifahı, aztəminatlı təbəqəyə diqqət inqilabın əsas xətələridir və bu xətlərdən inqilabın həndəsəsi yaranır." /
 

 

Google+ WhatsApp ok.ru