Ayətullah Xamenei Yunanınstan Baş nazirini qəbul edib -FOTO

terrorizm çox təhlükəli və yolxucu bir xəstəlikdir

Ali Lider Ayətullah Seyyid Əli Xamenei bu gün Yunanınstanın Baş naziri Aleksis Tsiprası qəbul edib. 
 
Maide.az xəbər verir ki, görüşdə Ayətullah Xamenei tarixdə İran və Yunanıstanın parlaq  mədəniyyət və sivilizasiyasının olduğuna toxunaraq bildirib ki, ümid edirəm bu səfər iki ölə arasında uzun müddətli əməkdaşlıq üçün yaxşı başlanğıc olacaq. 
 
Ayətullah Xamenei  Yunanıstan baş nazirinin  Avropada ziddiyyətli mənafe və baxışların olması haqda dediklərinə toxunaraq bildirib ki, Avropanın keçmişdə olduğu kimi artıq ABŞ-dan müstəqil iradəsinin olmaması tənqid olunası məsələdir, Avropalılar bu zəifliyi islah etməlidirlər.
 
Ali Lider Ayətullah Xamenei Yunanıstan baş naziri  Aleksis Tsiprasın Suriya haqqında dediklərinə toxunub və bildirib ki, terrorizm çox təhlükəli və yolxucu bir xəstəlikdir. “Əgər ciddi şəkildə terrorizmlə mübarizə edilərsə, nəzarətə götürülə bilər, amma təssüflər olsun ki, bəziləri bir başa və ya dolayısı ilə terrorçu qruplaşmaları dəstəkləyir. 
 
Ayətullah Xamenei bildirib ki,  siz və sizin hökumət müstəqil siyasət aparır.  “Ümid edirəm  iqtisadi problemlərinizi həll edəcəksiniz və bu səfər hər iki ölkənin mənafei naminə əlaqələrin daha da gücləndirilməsinə səbəb olacaq.” /
 
 
 
 
 

 

Xəbərlərimizi Maide.az-ın facebook səhifəsində də izləyə bilərsiniz.

 

 

Google+ WhatsApp ok.ru