Ayətullah Xamenei: Düşmənlərin əsas məqsədi gənclərin imanını zəiflətməkdir- FOTO

Ayətullah Xamenei: Düşmənlərin əsas məqsədi gənclərin imanını zəiflətməkdir- FOTO

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün səhər “Beynəlxalq Məscid Günü" münasibəti ilə Tehran əyalətinin məscidlərinin imam camaatı və cümə namazı xətibləri ilə görüşüb.
 
Maide.Az xəbər verir ki, Ayətullah Xamenei deyib ki, İslam İnqilabı və sisteminin əsas dayağı olan xalqın imanı   gücləndirilməlidir.
 
“Məscid mənəvi və maddi dünyanın qurulması, insan tərbiyəsi, bəsirət artırma və düşmənlə mübarizə mərkəzi olmalıdır. Məscid ictimai fəaliyyətlərin mərkəzi və mədəniyyət sahəsində müqavimətin əsasını təşkil etməlidir. Məscid toplanma, məsləhətləşmə, müqavimət, proqramlaşdırma, ictimai və mədəni hərəkatların mərkəzi olmalıdır. İslam İnqilabı və Sisteminin dayağı olaraq xalq arasında iman gücünü artırmaq lazımdır. Cari məsələlər qarşısında təklifi müəyyən etmək üçün məsələlərə ümumi baxışla baxmaq lazımdır, cəmiyyətin hərəkət istiqamətini analiz etmək və istiqamətləri tanımaq lazımdır.”
 
Ayətullah Xamenei “Beynəlxalq Məscid Günü"nün təyin olması fəlsəfəsindən danışıb. “Bu gün sionistlər tərəfindən Məscidül-Əqsanı yandırılması səbəbindən və İslam Respublikasının tələbi və istəyi ilə müyyən olunub. Bu gün İslam ümmətinin sionist rejimi ilə mübarizəsi məqsədi ilə İslam Əməkdaşlıq Konfransında təsdiq olundu, və bu baxışla da diqqətdə saxlanılmalıdır.”
 
Ayətullah Xamenei bildirib ki, məscid “zikr, namaz qılmaq və Allaha yönəlmək” məqsədi ilə insanların bir-biri ilə əlaqə qurması və toplaşması üçün İslamın təşəbbüsü ilə yaradılıb. İslam tarixində məscid önəmli siyasi, ictimai və hərbi məsələlərdə məsləhətləşmə, əməkdaşlıq və qərar qəbul etmək üçün mərkəz olub".
 
Ayətullah Xamenei namazın önəmindən də danışıb. “Namaz keyfiyyətli və Allaha diqqətlə, qəflət və riyadan uzaq qılınmalıdır. Namazın cəlbedici və maraqlı fakt kimi əməldə və dildə bəyan olunmasında İmam camaatların rolu çox önəmlidir. İmam camaatların vəzifəsi namaz qılmaqdan başqa həm də haqq və ədalətin, din və dini hökümlərin bəyan edilməsidir. Məsciddə imamət etmək önəmli və əsas bir işdir. İmam camaatlar müntəzəm iştirak etmək, keyfiyyətli namaz qılmaq, insanlarla danışmaq, gənclərin suallarını cavablandırmaq və maarifləndirmə dairələri yaratmaqla məscidin haqqını ödəməlidirlər”.
 
Ayətullah Xamenei bildirib ki, İslam İnqilabının əvvəl günlərində İmam Xomeyninin (rəh.) ən böyük bacarığı məscidləri mehvər qərar verməsi idi. “Məscid müxtəlif növ fəaliyyətlərin əsas mərkəzidir və müxtəlif ictimai fəaliyyətlərdə insanlarda fikri yönləndirmə və onları maraqlandırmaqda əsas rol oynayır. Məscid xüsusi ilə mədəniyyət sahəsində müqavimət mərkəzidir. Əgər məscid mədəni fəaliyyətlərin qorunması üçün bənd olmazsa hər şey əldən gedər. Düşmənlər İslam İnqilabının əvvəlindən mədəni sahədə nüfuz  etməyə çalışırlar. Düşmənlərin əsas nüfuz və hücumları xalqın imanıdır. Yəni, İslam İnqilabının əsas qələbə amili və İslam Respublikasının təşkilinin əsasını hədəfə alıblar. İslam İnqilabı hegemon sistemlərin kökündə güclü (silkələnmə) zəlzələ yaratdı. İslam İnqilabı və İnqilabçı İslamın bərəkəti ilə idi ki, dünya hegemonları regiona hökmranlıq etmək olan əsas məqsədlərinə çatmadılar və Amerika Qərbi Asiya bölgəsində əməldə uğursuz oldu. Əgər xalqın İslama imanı və bağlılığı olmasaydı, İranda digərləri kimi Amerika və qeyri-Amerikanın çətiri altında olacaqdı. Bu səbəbdəndir ki, onlar xalqın imanı ilə dərin və sonsuz düşmənçilik edirlər. Düşmənlərin əsas məqsədi gənclərin imanını zəiflətməkdir. Bütün aldadıcı layihələrə baxmayaraq, mömin gənclərin günü-gündən artması, İslam İnqilabının böyük möcüzələrindən biridir. Gənc nəsil bu gün İnqilabın əvvəlindəki gənc nəsildən də önə keçiblər.⁠⁠⁠⁠
 
Ayətullah Xamenei imam camaatlara işlərində düzgün vasitələrdən istifadə etməyi tövsiyə edib. “Cəmiyyətdə ümumi istiqamətlər araşdırılmalı və bir neçə sualın cavabı müəyyənləşməlidir: Cari həyat tərzi bizi hara aparır? ictimai ədalət, həqiqi müstəqillik və İslami sivilizasiyanın formalaşdırılması tərəfə hərəkət edirik yoxsa Amerika və Qərb “dəyərlərin”ə bağlılıq tərəfə hərəkət edirik?”
 
Ayətullah  Xamenei imam camaatlara hər üç vaxtda camaat namazını qılmağı, gün ərzində məscidlərin insanların müraciəti üçün və namaz qılması üçün açıq olmasını tövsiyə etdi. 
 
Ayətullah Xamenei məscidlərdə pişnamaz durmağı sadəcə namaz qılmaqla kifayətlənmə düşüncəsini tənqid edib bildirdi ki, bu baxış həqiqətdə sekulyar (dünyəvilik) baxışdır və bu baxış dini fərdi işlərdə inhisarlaşdırır və dinin  ictimai-siyasi məsələlərə  girişini əngəlləyir. Hegemon güclər sekulyar islam və ibadətlərlə kifayətlənən (fərdi və ya cəm formasında qılınan ibadətlər) İslamla düşmənçilik etmir. Dünya hegemonlarının düşmənçilik etdiyi “güclü İslam”dır. O İslam ki, siyasi-ictimai sistem formalaşdırır və xalqları dünya və axirətdə həqiqi səadətə tərəf hidayət edir”.
 
Ali Rəhbərin tövsiyyələrindən biri də İmam camaatların gənclərə və gənc nəsilə xüsusi diqqət ayırması olub. “Düzgün cazibələr, yəni mənəviyyat və həqiqi irfanla yoğrulmuş söz və əməl göstərməklə  gənclərin könüllərini məscidlərə cəzb edin. Belə olduqda ölkə və cəmiyyət, gənc nəslin məscidlərdə iştirakı bərəkətindən bəhrələnsin. Müxtəlif vasitələr, o cümlədən kitab, foto və ya ilahi nəğmə ilə bu günki və sabahkı gənclərın məlumatlanması məqsədi ilə "Məscidlərin tarixi"nin hazırlanması çox önəmlidir”.⁠⁠⁠⁠
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru