Ayətullah Xamenei: Fəhlələr ölkə iqtisadiyyatı və istehsalının onurğa sütunudur - FOTO

Ayətullah Xamenei: Fəhlələr ölkə iqtisadiyyatı və istehsalının onurğa sütunudur - FOTO

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün səhər minlərlə fəhlə və zəhmətkeşlə, istehsalat sektorunda fəal olan sahibkarlar və əməkdar fəhlələrlə görüşüb. 
 
Maide.Az xəbər verir ki, "Zəhmətkeşlər günü" münasibəti ilə baş tutan görüşdə Ayətullah Xamenei İmam Hüseynin (ə) mövludu münasibətilə görüş iştirakçılarını və Əhli-beyt (ə) aşiqlərini təbrik edib və bildirib ki, İmam Hüseyni (ə) tanımaq, o həzrətə sevgi və ehtiram bəsləmək İran xalqının qürurudur. 
 
Ayətullah Xamenei bildirib ki, zəhmətkeşlər və fəhlələr ölkə iqtisadiyyatı və istehsalının onurğa sütunudur. “Müstəqil və inkişaf etmiş iqtisadiyyata sahib olmaq və iqtisadiyyatın çiçəklənməsi üçün zəhmətkeşlər və fəhlələr sinfinə çoxlu önəm verilməlidir. Əgər istəyiriksə fəhlələr güzəştlər və layiqli hüquqlara sahib olsun, milli istehsala arxalanmalı və milli istehsalın zərurətini vurğulamalıyıq”.
 
Ayətullah Xamenei fəhlələrin iş təhlükəsizliyinin və dolanışığının təminatını zərurətindən danışıb və bildirib ki, cəmiyyətdə fəhlələrin rahatlığı ölkənin iqtisadiyyatının yaxşılaşmasına səbəb olar. “Ölkədəki iqtisadi problemin həll yolu var.  Açıla bilinməyən bir düyün deyil. Bu düyünü açmaq üçün görüləcək önəmli işlərdən biri fəhlələrin hüquqlarının təmin olunmasıdır. Fəhlələrin gördüyü işin qiyməti verilməlidir. Onlar özlərini başı uca hiss etməlidir. Belə olduqda  yorğunluq, hövsələsizlik və işə etinasızlıq olmayacaq”. 
 
Ayətullah Xamenei iş mədəniyyəti və işin önəminin cəmiyyətdə geniş təbliğinin zəruriliyini vurğulayıb. “Cəmiyyətdə işə maraq geniş yayılmalıdır.  İş o qədər dəyərli hesab olunmalıdır ki,  fəhlə fəxrlə deməlidir ki, "mən fəhləyəm".  Bunu deyəndə xəcalət hissi onda olmamalıdır. Ölkə məsul şəxslərinin iki önəmli vəzifəsi var. Biri fəhlələrin və zəhmətkeşlərin dolanışığını yaxşılaşdırmaq, digər isə onların iş təhlükəsizliyini təmin etməkdir. Fəhlələr birliyinin problemlərinin həllində hökumət, sahibkar, fəhlə və təşəbbüskarların hər biri məsuliyyət daşıyır. Hər kəs öz öhdəliyini yerinə yetirməlidir”.  
 
Ayətullah Xamenei işsizlik məsələsinin önəmindən danışıb. “Əgər işsizlik məsələsi əlverişli formada öz həllini taparsa, narkotik maddələr kimi ictimai problemlər və gənclər üçün işsizlikdən irəli gələn digər problemlər hiss olunacaq dərəcədə azalacaq”. 
 
Ayətullah Xamenei çıxışının davamında qarşıdan gələn prezident seçkilərindən danışıb. “Xalqın müxtəlif kütələrinin və zəhmetkeşlərin həmişə səhnədə olması düşmənlərin şərrini İran xalqının başından əskik edib. Qarşıdakı seçkilərdə də ölkəni, sistemi və təhlükəsizliyi sevən hər bir kəs seçkilərdə səsvermədə aktiv iştirak etsin. Ona görə ki, onların aktivliyi təyinedici amildir. Düşmənin şərrini ölkənin başından əskik edəcək”. 
 
Prezident seçkilərindən sonrakı hökumətin proritetinin işsizlik probleminin həlli olmasının zəruriyini vurğulayan Ayətullah Xamenei bildirib ki, seçiləcək hökumət rəsmiləri ilk gündən bütün səylərini işsizliyini aradan qaldırılmasına yönəltməlidir. Çünki bu çox önəmli məsələdir və bir gün belə bu işdə gecikmək olmaz. 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru