Ayətullah Xamenei `Qüds günü`nün əhəmiyyətindən danışıb - FOTO

Ayətullah Xamenei `Qüds günü`nün əhəmiyyətindən danışıb - FOTO

Ötən gün günortadan sonra Ali Rəhbər Ayətullah Xameneinin ölkənin görkəmli xadimləri ilə Ramazan görüşü baş tutub. 
 
Maide.İnfo xəbər verir k, ölkənin yüzlərlə görkəmli elm xadimi və professoru, ali təhsil müəssisələrinin elmi şuralarının üzvləri Ali Rəhbər Ayətullah Xamenei ilə görüşərək elmi inkişaf, tədqiqatlar, ali təhsil, mədəniyyət, siyasət, ictimaiyyət və iqtisadiyyatla əlaqəli müxtəlif problemlər haqqında fikir mübadiləsi aparıb. 
 
Görüşdə çıxış edən Ayətullah Xamenei universitet müəllimlərinin tələbələrin yetişdirilməsində və İranın dünyada mövqeyinin artmasındakı rolundan danışıb. “Müsbət düşüncə sahibi, ümidvar, dini, milli və inqilabı məsələlərə inanan və sədaqətli müəllim, eləcə də məsuliyyət hissi olan və işini sona çatdırmaqda qərarlı olan müəllim tələbəni düşünməyə və hərəkətə keçməyə məcbur etməkdə misilsiz rol oyanaya bilər. Bunun qarşısında isə əgərə müəllimin baxışı sərhədlərdən kənara dikilərsə, ölkəyə, milli və dini kimliyinə etinasız yanaşarsa, elə bu pozğun düşüncə ilə də tələbələr yetişdirəcək. Bu acı təcrübəni ölkəmiz  Pəhləvi rejimi dövründə yaşayıb. İslam İnqilabı həqiqətdə bütün dini və milli köklərindən uzaq düşmüş həmin nəslin iş başına gəlməsindən qorudu”.
 
Çıxışının davamında "Qüds günü"nün əhəmiyyətindən danışıb və bildirib ki, Qüds günü təkcə məzlum bir xalqa dəstək olmaq deyil, bəlkə bu gün dünya imperializmi və dominant olan sistemlərlə mübarizə günüdür. “Qüds günü çox önəmlidir. Bu o demək deyil ki, biz öz vətənindən və torpağından qovulmuş bir xalqı müdafiə edirik. Bu gün Fələstini müdafiə etmək, həqiqəti müdafiə etmək deməkdir. Bir həqiqət ki, Fələstin məsələsindən daha geniş anlamı var. Bu gün sionist rejimlə mübarizə dünya imperializmi ilə mübarizə deməkdir. Dominant olan sistemlərlə mübarizədir. Necə ki, görürsünüz, sionist rejimin əleyhinə söz danışdığınız zaman, amerikalı məsul və siyasətçidir ki, sizinlə düşmənçilik hissini yaşayır. Həqiqətdə elə budur. Buna görə "Qüds günü"nü əzəmətli keçirmək lazımdır. "Qüds günü"nün yürüşü də çox önəmlidir”. /
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru