Azərbaycanda surroqat ana məsələsinə nöqtə qoyuldu 18 Dekabr 2014 02:00 Ailə Qafqaz Müsəlmanları İdarəsi də bir neçə dəfə bu məsələyə etiraz edib “Azərbaycanda surroqat analığa icazə verilməsi məsələsi cəmiyyətdə qəbul olunmadığına görə parlamentin gündəliyindən birdəfəlik çıxarıldı”. Bunu APA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib. H. Rəcəbli qeyd edib ki, bu məsələ mentalitet, o cümlədən digər fəsadların baş verəcəyi baxımından ictimaiyyətdə narazılıqla qarşılanıb: “Ona görə biz də bu məsələni birdəfəlik gündəmdən çıxardıq və yaxın gələcəkdə parlamentdə müzakirəyə çıxarmağımız gözlənilmir”. Qeyd edək ki, Azərbaycanda surroqat analığa icazə verilməsi ilə bağlı məsələ uzun müddət parlamentin və ictimaiyyətin müzakirə mövzusu olub. Qafqaz Müsəlmanları İdarəsi də bir neçə dəfə bu məsələyə etiraz edib. Teqlər : #Azərbaycanda surroqat ana məsələsinə nöqtə qoyuldu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Baş pediatr: `Uşaqlarda daha çox tənəffüs üzvlərinin xəstəliklərinə rast gəlinir` Mübariz Qurbanlı: `Ailə qurarkən dini ehkamdan sui-istifadə etmək doğru deyil`
Bu şəxslər 11-ci sinfi bitirdikdən sonra ali məktəbə 2 il imtahansız qəbul ola biləcəklər - YENİ QAYDA