Azərbaycanda saatsazın oğlu polis rəisi oldu

Xəbər verdiyimiz kimi, məşhur saatsaz Hacı Fətəliyevin oğlu polis kapitanı Ceyhun Fətəliyev Suraxanı Rayon Polis İdarəsinin kadrlar şöbəsinə rəis təyin olunub. 
 
Maide.az xəbər verir ki, bu barədə saatsaz H.Fətəliyev AzVision.az-la təəssüratlarını bölüşüb. 
 
“Ceyhunun özü ilə danışdım. Yaxşıdır, razılığını bildirdi. Çox sevindim. Bax, siz zəng etdiniz, çox kövrəldim. Allah Ramil Usubovun canını sağ etsin. Oğluma vəzifə verilməsinə görə ona borcluyuq. Minnətdaram, xəbərə şad oldum. Xəbəri Azərbaycan televiziyasında çalışan bir müştərimiz var, o zəng edib dedi”.
 
Qeyd edək ki, Ceyhun Fətəliyev bundan əvvəl Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində çalışıb. O, Bakının məşhur saatsazı Hacı Fətəliyevin oğludur.

Google+ WhatsApp ok.ru