Vəkil: `Mövsüm Səmədovla görüşə süni maneələr yaradılır`

Həbsdə olan Azərbaycan İslam Partiyasının lideri ilə bağlı yeni məlumat var. Mövsüm Səmədovun vəkili Anar Qasımlının FaktXəbər-ə verdiyi məlumata görə, Qobustan həbsxanasında onunla görüşə süni maneə yaradılıb. Anar Qasımlı bildirib ki, Mövsüm Səmədovla görüşə görə ondan icazə vərəqəsi tələb olunub, halbuki bu sənədin tələb olunması qeyri-qanunidir. Vəkil onu da qeyd edib ki, artıq görüşə icazə verilməsi ilə bağlı aidiyyatı quruma müraciət olunacaq.
 
“Mövsüm Səmədovun Qobustan həbsxanasına göndərilməsi və orada çətin şəraitdə saxlanması bizi narahat edir” - bu sözləri isə AİP-in sədr əvəzi Elçin Manafov FaktXəbər-ə bildirib: 
 
“Mövsüm Səmədovun çətin şəraitdə saxlanması və görüşə icazə verilməməsi hamıda narahatlıq yaradıb. Nəzərə alsaq ki, Mövsüm Səmədovun səhhətində əvvəllər də problemlər var idi, indiki halda onun bu ağır şəraitdə saxlanması səhhətinin sual altında qalmasından xəbər verir. Bununla bağlı bir çox dövlət qurumlarına müraciət hazırlanıb. Biz bununla bağlı həyəcan təbili çalırıq. AİP  bir dəfə bu qanunsuzluğun ağır zərbəsini alıb. Vaxtında səhhəti ilə bağlı müraciətlərimizə baxılmadığı üçün partiyadaşımız Vaqif Abdullayevi həbsxanada itirdik. Bu halın ikinci dəfə təkrarlanmağını istəmirik.”

Google+ WhatsApp ok.ru