Azərbaycanın xaricdən aldığı idmançının dopinqdən istifadə etdiyi məlum olub

Azərbaycanın “Synergy Baku” velo-komandası moldovan idmançı Aleksandr Plyuşkini yarışlardan uzaqlaşdırıb, səbəb isə dopinq yoxlamasının müsbət cavabları olub.  
 
Maide.az R-Sport-a istinadən xəbər verir ki, Plyuşkin salbumatol üçün dopinq yoxlamasından 2014-cü ilin noyabrında, “Skydive Dubai” komandasının üzvü olarkən keçmişdi.
 
“Bu, mövsümün sonunda, başqa bir komandanın tərkibində çıxış edərkən baş verib. Amma məsuliyyət həmişə yarışçının üzərində olub və o özü bunun səhv olduğunu təkzib etməyib”, - Devid Makkueyd komandanın meneceri bəyan edib.
 
Daha öncə Plyuşkin Rusiyanın “Katyuşa”sı, AG2R La Mondiale, RadioShack-Nissan, IAM üçün çıxış edib. Plyuşkin velo-trekdə Avropa çempionu və şossedə dünya birinciliyinin mükafatçısıdır. 

Google+ WhatsApp ok.ru