Çempionlar Liqasında 1/8 final matçları keçirilib - NƏTİCƏLƏR

Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti matçları keçirilib.
 
Oxu.Az xəbər verir ki, ötən həftə start götürən 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində 2 qarşılaşma baş tutub.
 
“Mançester Siti” ilə “Barselona” üz-üzə gəlib. Luis Suaresin ilk dəfə fərqlənib(16 və 30-cu dəqiqə). 69-cu dəqiqədə “Mançester Siti”-dən Serxio Aquero fərqlənib. Oyuna əlavə edilmiş 4-cü dəqiqədə isə Lionel Messi penaltidən yararlana bilməyib.
 
Digər oyunda “Yuventus”la “Borussiya” üz-üzə gəlib. Görüşdə azarkeşlər 3 qola şahidlik edib. Sevinən tərəf “Yuventus” olub – 2:1.
 
Çempionlar Liqası
 
1/8 final, ilk oyunlar
24 fevral
 
“Mançester Siti” (İngiltərə) - “Barselona” (İspaniya) - 1:2
Qollar: Aquero, 69 - Suares, 16; 30
 
“Yuventus” (İtaliya) - “Borussiya” (D. Almaniya) - 2:1
Qollar: Teves, 13, Morata, 43 - Roys, 18

 

Google+ WhatsApp ok.ru