Azərbaycan cüdoçuları “Böyük dəbilqə” turnirində 3 medal qazanıb 11 May 2015 01:00 İdman Bakıda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirinə yekun vurulub. Yarışa 35 idmançı (23 kişi, 12 qadın) qatılan Azərbaycan millisi 2 qızıl və 1 gümüş medal qazanıb. Belə ki, bütün görüşlərini qələbə ilə başa vuran Nicat Şixəlizadə (66 kq) və Rüstəm Orucov (73 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız finalda məğlubiyyət acısı yaşayan Elmar Qasımov (100 kq) isə ikinci yerlə kifayətlənib. Qeyd edək ki, Azərbaycan yığması komanda hesabında 48 ölkə arasında Rumıniya ilə 1-2-ci yerləri bölüşüb. Teqlər : #Azərbaycan cüdoçuları Böyük dəbilqə turnirində 3 medal qazanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Avropa Liqasının yarımfinalının ilk oyunları keçirilib Çempionlar Liqasında ikinci finalçı bəlli olub