Çempionlar Liqasında ikinci finalçı bəlli olub 14 May 2015 01:00 İdman Bu gün UEFA Çempionlar Liqasında (ÇL) ikinci finalçının adına aydınlıq gəlib. Yarımfinal mərhələsinin cavab matçında “Real” “Yuventus”u qəbul edib. “Yuventus” stadionunda 2:1 hesablı qələbə qazanan “qoca sinyora” səfərdə etibarlı müdafiəsinə güvənirdi. Turin təmsilçisi tarixində 8-ci dəfə final həyəcanı yaşamaq arzusunda idi. “Yuve” eyni zamanda 12 illik final həsrətinə də son qoymaq istəyirdi. Oyun gözlənildiyi kimi sürətli başlamadı. Bir neçə kəşfiyyat xarakterli hücumu çıxmaq şərti ilə komandalar təmkinli olmağa çalışdırdılar. Yalnız 20-ci dəqiqədə Xames Rodrigesin sürətli keçidinin qarşısını italiyalılar cərimə meydançasında kobudluqla aldılar. Təyin olunmuş penaltini qola çevirmək Ronaldo üçün çətin olmadı. İlk hissə bu hesabla bitdi. İkinci hissəyə "Yuventus" fəal başladı və çox keçmədən bu fəallığının nəticəsini gördü. Qapı önündə yaranmış qarışıqlıqdan istifadə edən Morata hesabı bərabərləşdirdi. Qalan dəqiqələrdə tərəflərin bir neçə dəfə fərqlənmək şansı olsa da oyun elə bu hesabla da bitdi. Evində qələbə qazanmış italyanlar bu nəticə ilə adını finala yazdıran ikinci komanda oldu. UEFA Çempionlar Liqası Yarımfinal mərhələsi, cavab oyunu 13 may “Real” (İspaniya) – “Yuventus” (İtaliya) - 1:1 Qol: Ronaldo, 23 (pen.) - Morata, 57 Teqlər : #Çempionlar Liqasında ikinci finalçı bəlli olub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan cüdoçuları “Böyük dəbilqə” turnirində 3 medal qazanıb Futbol klubunun avtobusu qəzaya uğradı