Azərbaycanda siyasi məhbuslar oğurlandı

5 saylı Cəzaçəkmə Müəssisəsində (Xələc həbsxanası) saxlanan hicab məhbusları Ağayev Surac və Hüseynov Elimxan artıq dünən oğurlanıb və onlardan heç kimin xəbəri yoxdur.
 
İslaminsesi.org-a bu barədə məlumatı məhbusların yaxınları verib. Onlar Elimxan Hüseynov və Surac Ağayevin həbsxanadan çıxarılma səbəblərini və hazırda harda saxlandığını bilmirlər.
 
Məhbusların yaxınları onu da bildirdilər ki, 5 saylı Cəzaçəkmə Müəssisəsində hicab məhbusların qarşı təzyiqlər getdikcə daha dözülməz olur. Hicab məhbuslarını son günlər karsa salıblar, onların bütün hüquqları məhdudlaşdırılıb.

Google+ WhatsApp ok.ru