Azərbaycan daha bir nigerli hakeri İnterpol xətti ilə axtarışa verib

Azərbaycanda bəzi şirkətlərin hesabından külli miqdarda pul oğurlayan daha bir nigerli haker barəsində İnterpol xətti ilə axtarış elan edilib.
 
Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.  
 
Məlumatda qeyd olunur ki, Niger vətəndaşı, 34 yaşlı Abdul Hafiz Kolavi kompüter sistemi və elektron-kompüter xidmət qaydalarının pozulması, kompüter sistemlərinə qanunsuz müdaxilə və oğurluqda təqsirli bilinir.
 
Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.  
 
Qeyd edək ki, bundan əvvəl də Azərbaycan hüquq-mühafizə orqanları bir neçə əcnəbi haker barəsində beynəlxalq axtarış elan edib. Onların arasında Niger vətəndaşları da var.

Google+ WhatsApp ok.ru