Azərbaycanda Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsi yaradılıb

Azərbaycanda Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsi yaradılıb

Azərbaycan Respublikasında Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsi təşkil olunub.
 
Maide.Az xəbər verir ki, Qarabağ Azadlıq Təşkilatı QAT-ın xəbər portalı bildirib: Bu komitə Qarabağ Azadlıq Təşkilatının Beynəlxalq Mətbuat Mərkəzindəki son tədbirində təşkil olunub. Komitəyə Akif Nağı rəhbərlik edəcək. Oktay Güləliyev, Zahid Qarayev, Elçin Həsənov, Müslümat Rzaxanova, Təranə Məmmədova, Nurəddin Quliyev də hüquqşünas olaraq bu komitədə iştirak edəcək.
 
Tədbirdə QAT sədri Akif Nağı hər kəs kimi ömürlük həbsdə olanların da müdafiəyə haqları olduğunu, mərhəmətə ehtiyacları olduğunu vurğulayıb: “Hər dəfə əfv fərmanları, amnistiya təşəbbüsləri olanda bu insanlar yaddan çıxır, onların da dövlət və rəsmilərin diqqətində olmasını istəyirik. Bu insanların bəzilərinə hərəkətlərinə uyğun gəlməyən ağır cəza verilib. Bu insanların bir hissəsi artıq 25 ildən çoxdur ki, həbsdədirlər, vərəm və digər ağır xəstəliklərdən əziyyət çəkirlər. Ölkə başçıları bu məhkumların taleyinə biganə qalmamalıdır.
 
Sonda tədbir iştirakçıları adından millət vəkili Mehriban xanım Əliyevaya müraciət qəbul edilib. Müraciətdə ömürlük həbs cəzası çəkən 128 məhkumdan yalnız 70 nəfərinin sağ qaldığı, hazırda sağ qalanların bir qisminin yaşının 70-i ötdüyü bildirilir və qeyd olunur ki, onların çoxu ağır xəstədir və 20 ildən çoxdur ki, məhbəsdədirlər. Müraciətdə, b səbəblərə görə onların əfv olunması vurğulanıb.

Google+ WhatsApp ok.ru