Azərbaycan cüdoçusu dünya reytinqində ilk onluqda qərarlaşıb

Azərbaycan cüdoçusu dünya reytinqində ilk onluqda qərarlaşıb

 
Beynəlxalq Cüdo Federasiyası (IJF) milli komandalar üçün yeni reytinq siyahısını açıqlayıb. 
 
Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycan milli komandası 48 medalla (13 qızıl, 9 gümüş və 26 bürünc) siyahıda səkkizinci yerdə qərarlaşıb.
 
60 kq çəkidə çıxış edən Vüqar Şirinlinin qitə yarışlarında – Afrika Açıq Kuboku, Buenos-Ayres və Limada keçirilən Cənubi Amerika Kubokuda 3 qızıl medal qazanması bu göstəriciyə təsirsiz ötüşməyib. 
 
IJF-in reytinq cədvəlində milli komandamızın üzvü Rüstəm Orucov (73 kq) ilk yerdə qərarlaşıb. O, gümüş medal qazandığı Rio Olimpiadasına qədər Kazanda keçirilən Avropa çempionatında və Havana “Qran-Pri”sində qızıl medal sevincini yaşayıb. Düsseldorf “Qran-Pri”sində ikinci, Qvadalaxaradakı “World Masters” və Bakı “Böyük Dəbilqə”sində isə üçüncü olub. 
 
Bu uğuru təkrarlayan daha bir cüdoçumuz isə mayda “World Masters”ın qalibi olan olimpiya finalçısı Elmar Qasımovdur (100 kq). 
Orxan Səfərovun (60 kq) qazandığı nəticələr də milli komandamızın reytinqinə öz töhfəsini verib. /

Google+ WhatsApp ok.ru