İtaliyanın `Yuventus` klubu 10 yaşlı fələstinlini transfer etdi -VİDEO

İtaliyanın `Yuventus` klubu 10 yaşlı fələstinlini transfer etdi -VİDEO

İtaliyanın məşhur futbol klubu "Yuventus" öz futbol akademiyasına 10 yaşlı fələstinli Rəşid Əl-Həcəvini transfer edib.
 
Maide.Az  xəbər verir ki, Fələstinli gənc klub akademiyasının tərkibində təlimlərə başlayıb. 
 
Müqavilə uşağın valideynləri ilə Turin şəhərində imzalanıb.  
 
Fələstinli gənc bundan öncə özünün məşq videosunu feysbuk sosial şəbəkəsində paylaşmışdı. Onun Bu paylaşımını minlərlə insan izləmişdi.
 
Əl-Həcəvi Norveçdə fələstinli ailədə doğulub. O, artıq "Yuventus"un stadionuna baş çəkib və həmyaşıdları ilə klub bazasında ilk məşqinə çıxıb. Artıq bəziləri Rəşidi "yeni Messi" adlandırır. 
 
Həmin videonu  təqdim edirik:
 

Google+ WhatsApp ok.ru