Azərbaycan FİFA reytinqində 2 pillə geriləyəcək 28 Oktyabr 2016 01:00 İdman Milli komandaların növbəti FİFA reytinqinə qədər keçirəcəyi oyunların təxmini nəticələri və bu ehtimallara əsasən tərtib olunan cədvəl açıqlanıb. Verilən məlumata görə, Avropanın aparıcı ekspertlərinin fikirləri Azərbaycan yığması üçün heç də ürəkaçan deyil. Proqnozlara əsasən, millimiz DÇ-2018-in seçmə mərhələsinin noyabrın 11-də baş tutacaq matçında məğlub olacaq. İlk üç turda qol buraxmayan və uduzmayan komandamızın Şimali İrlandiya ilə səfər matçında məğlubiyyətini proqnozlaşdıran ekspertlər komandamızın 2 pillə geriləyəcəyini ehtimal edir. Proqnozlarla qurulan cədvəldə 90-cı olan Robert Prosineçkinin yetirmələri 386 xala malikdi. Hərçənd, bu ay açıqlanan rəsmi siyahıda 404 xalla 88-ci idik. 18 xal itkisi geriyə atılan iki addımla nəticələnəcək. Bu geriləmə Bolqarıstan və Qətərin irəliləməsi ilə bağlıdı. Qeyd edək ki, FİFA siyahısını noyabrda baş tutacaq seçmə oyunlarından sonra ayın 18-də açıqlayacaq. (apa) / Teqlər : #Azərbaycan FİFA reytinqində 2 pillə geriləyəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Cüdoçularımız `Böyük Dəbilqə` turnirində mübarizəyə başlayacaq Bu gün Azərbaycanın 4 cüdoçusu `Böyük Dəbilqə`də mübarizəyə qoşulacaq