Azərbaycan Premyer Liqasında XVI turun oyun cədvəli açıqlanıb

Azərbaycan Premyer Liqasında XVI turun oyun cədvəli açıqlanıb

Turun mərkəzi matçının vaxtı müəyyənləşib
 
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun oyun cədvəli müəyyənləşib. "Report"un məlumatına görə, turun oyunları iki günü əhatə edəcək.
 
Tura AZAL - "Qarabağ" oyunu ilə start veriləcək. Fevralın 3-də saat 16:00-da başlanacaq qarşılaşmanın ardından mərkəzi görüşdə "Neftçi" "Qəbələ"ni qəbul edəcək.
 
Ertəsi günün matçları paytaxtdan kənarda olacaq. Əvvəlcə Gəncədə "Kəpəz" "Zirə"ni, ardından Sumqayıtda eyniadlı klub "İnter"i sınağa çəkəcək. 
 
Azərbaycan Premyer Liqası
3 fevral (cümə)
16:00. AZAL - "Qarabağ"
"AZAL Arena"
 
18:30. "Neftçi" - "Qəbələ"
"Bakcell Arena"
 
4 fevral (şənbə)
14:00. "Kəpəz" - "Zirə"
Gəncə şəhər stadionu
 
16:30. "Sumqayıt" - "İnter"
"Kapital Bank Arena"
 
/

Google+ WhatsApp ok.ru