``Azadlıq” qəzeti ilə bağlı iddia ərizəsi sabah məhkəməyə təqdim olunacaq”

““Azadlıq” qəzeti ilə bağlı iddia ərizəsi sabah Yasamal Rayon Məhkəməsinə təqdim olunacaq”.
 
Bunu apa-ya açıqlamasında “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib.
 
R. Arifoğlu bildirib ki, “Azadlıq” qəzeti ona qarşı davamlı olaraq təhqir kampaniyası apardığı üçün lazımi materiallar toplanaraq məhkəməyə təqdim olunacaq. O, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bəzi funksionerləri və fəalları ilə bağlı məhkəməyə müraciət edəcəyini də söyləyib: “Hələ ki yalnız “Azadlıq” qəzetini məhkəməyə verirəm. Daha sonra AXCP funksionerləri və fəallarının sosial şəbəkələrdə haqqımda apardıqları böhtan-təhqir kampaniyası ilə bağlı faktlar da toplanaraq məhkəməyə təqdim olunacaq”.

Google+ WhatsApp ok.ru